DİN-in mətbuat xidmətinin məlumatı

Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN Mətbuat Xidmətindən bildirilib ki, hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunn 19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir.

Noyabrın 17 -də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.


Noyabrın 16-da saat 20 radələrində Şamaxı şəhəri ərazisində Bakı şəhər sakini E.Əkbərli idarə etdiyi “Chevrolet” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişinləri – həyat yoldaşı Suğra və 2 yaşlı oğlu xəstəxanaya yerləşdiriliblər. Qadın orada ölüb, uşağın vəziyyəti qənaətbəxşdir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Noyabrın 17-də saat 18 radələrində Abşeron rayonunun Nübar qəsəbəsi ərazisində yolu keçən Gülayə Cavadi müəyyən edilməyən avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində yaşayan Mahir Qurbanovun evinə baxış zamanı oradan kustar üsulla hazırlanan 197 ədəd araq, 126 ədəd boş şüşə qablar, başlıqlar, markalar, 10 litr spirt və digər alətlər aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.


Abşeron Rayon Polis İdarəsinə Xırdalan şəhəri ərazisindəki ticarət mərkəzlərindən birindəki mağazanın qarşısından 23.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qobustan rayon sakini Ənvər İmaməliyev və İsmayıllı rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Səmədov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.


Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bir əcnəbi vətəndaşın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Hüseyn Quliyev saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini olan bir qadının içərisində bank kartları olan cüzdanını oğurlaması və hesabından 242 manatını çıxarması da müəyyən olunub.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir