6 nəfər sərhədi özgəsinin sənədi ilə keçməyə cəhd edib – DSX
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində ötən ay 6 nəfər saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 934 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Axtarışda оlan 337 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan edilmiş 440 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 11 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI