5 milyon manatlıq qaçaqmal dövriyyədən çıxarıldı

Ötən ay narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 331 kiloqram 53 qram narkоtik vasitə və 1548 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.

turaninsesi.az ” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 32 min 289 manat оlan qaçaqmal, о cümlədən dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.

Arzu Paşaqızı