41 min dollarlıq dələduzluq edən şəxslər saxlanıldı

Polis Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən 3 nəfəri saxlayıb.

Nəsimi rayonu ərazisində 2 şəxsin dələduzluq yolu ilə 41000 dollar və 5720 manatının ələ keçirilməsi barədə polisə məlumatlar daxil olub.

Bu barədə “turaninsesi.az” – a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı T.Pənahov və F.Axundov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfəri aldadıb hesabına 500 manat pul ödətdirməkdə şübhəli bilinən 29 yaşlı H.Hüseynovun müəyyən olunaraq saxlanılması da təmin edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

⤵️

BİZİMLƏ ƏLAQƏ SAXLAYIN

ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp


ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09