Din – in mətbuat xidmətinin məlumatı

0
  • Oktyabrın 3-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 45, o cümlədən borclu şəxs qismində axtarışda olan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.
    Oktyabrın 3-də saat 21 radələrində İmişli şəhəri ərazisində rayon sakini C.Həsənov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən həmyerlisi Reyhan Abbasovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

  • İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
    Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə cari il avqustun 14-də 81 yaşlı Nadir Rzayevin Sumqayıt şəhərində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmaması barədə müraciət daxil olub.
    Polis əməkdaşları tərəfindən onun yerinin müəyyən olunub tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

  • Oktyabrın 3-də saat 19 radələrində N.Rzayevin üzərində zorakılıq əlamətləri olan meyitinin evinin həyətində basdırılmış vəziyyətdə tapılması ilə əlaqədar şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Abbasovun N.Rzayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
    S.Abbasov polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.
    Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

  • Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 2-də saat 18 radələrində Ələt-Astara yolunda yerləşən postda “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sürücü, Hacıqabul rayon sakini A.Şahsuvarovanın avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən edildiyindən barəsində protokol tərtib olunub.

  • Avtomobildəki sərnişinlər – Sahib İdayətzadə və Tofiq Paşayev özlərini şübhəli apardıqlarından saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə təhvil veriliblər. Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar olunaraq götürülüb.

  • Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsi ərazisində bir mağazadan 583 manat pul, digər mağazadan isə satıcının içərisində 1124 manatı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.

  • Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə rayon ərazisindəki marketlərin birində Bakı şəhər sakini olan bir qadının içərisində 1300 manat olan cüzdanını oğurlamaqda şübhəli bilinən paytaxt sakini Məzahir Cəfərov müəyyən olunaraq saxlanılıb.
    Hər iki faktla bağlı araşdırma aparılır.

  • Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhəri ərazisində “Mercedes” markalı bir avtomobildən 70 manat və 400 ABŞ dolları, “Opel” markalı digər avtomobildən isə 1935 manat dəyərində 202 ədəd eynək oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Kamran Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir