14 yaşlı qıza qarşı əxlaqsızlıq edən şəxsə dair protest təmin olundu

Bakı Apellyasiya Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən Cəfər Turabov (adı, soyadı şərtidir) barəsindəki hökmdən Baş Prokurorun müavini Heydər Məmmədovun protesti üzrə məhkəmə iclası yekunlaşıb.

turaninsesi.az” xəbər verir ki, hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya protesti təmin edilib, Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli hökmü dəyişdirilib.

Təqsirləndirilən şəxsin Sabunçu Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq 1 il 3 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub. Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinin tələblərinə əsasən. bu cəza daha ciddi cəza ilə əhatə edilərək, Suraxanı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay azadlıqdan məhrum etmə cəzası ilə birləşdirilib.

Nəticədə, Cəfər Turabova ümumilikdə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib, hökmün digər hissələri dəyişdirilmədən saxlanılıb.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI