DİN-in mətbuat xidmətinin məlumatı

0

Dekabrın 26-da ölkə ərazisində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 74 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.


DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri Xəyal Hüseynov, Elvin Hüseynov, Nicat Fədati, Coşqun Məmmədov və Şəmistan Hüseynov idarələrində olan avtomobillə rayonun işğaldan azad edilmiş ərazisinə daxil olmaq istəyərkən saxlanılıblar. Yoxlamalar zamanı onların müvafiq icazələrinin olmadığı müəyyən edilib.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .

Onların barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Qərara əsasən Xəyal və Elvin Hüseynov qardaşlarının analoji əməllərə yol verdiyinə görə 25, digər şəxslər isə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər.


Qanunsuz ağac kəsmə

Balakən rayonunun Qazma və Katex kəndləri ərazilərində qovaq, qızılağac və yalanqoz ağaclarının kəsilməsi barədə polisə məlumatlar daxil olub.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Qazma kənd sakini Kamal Xəlilovun kənd ərazisində 4 ədəd qovaq ağacını, Katex kənd sakini Musa Musayevin isə kənd ərazisində 12 ədəd qovaq, qızılağac və yalanqoz ağaclarını kəsməklə təbiətə ümumilikdə 15.680 manat məbləğində ziyan vurmaları müəyyən olunub.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 259-cu (Qanunsuz ağac kəsmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.


Soyğunçuluq, quldurluq və oğurluq

Nəsimi rayonu ərazisində bir qadının içərisində sənədləri və bank kartları olan çantasının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.


Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Ağcabədi rayon sakini Elgün Hüseynov saxlanılıb. Araşdırmalarla onun rayon ərazisində quldurluq və soyğunçuluq yolu ilə daha iki nəfərin mobil telefonunu və cüzdanını talaması, bir çay evindən və uşaq bağçasından televizor, tikiş maşını, “VAZ-2104” markalı bir avtomobildən isə pul, maqnitofon və sənədlər oğurlaması da müəyyən olunub.
Araşdırma aparılır.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir