13 kq narkotik vasitə ilə tutuldu – FOTO

Masallıda 13 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 51 yaşlı İlqar Şahbazov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “turaninsesi.az“-a verilən məlumata görə, ondan 13 kiloqram heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, İ.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.

BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09