“Əllərinə çomaq alıb camaatın…” – Daşkəsəndə nə baş verir?
Daşkəsən rayonunun Xoşbulaq kəndində bir neçə nəfərin yerli hakimiyyət orqanlarının və polisin fəaliyyətini tənqid etməsindən sonra inzibati qaydada həbs edilməsi böyük rezonansa səbəb olub.
Qeyd edək ki, həmin şəxslər iddialarında Xoşbulaq yaylaqlarının kənar adamlara verilməsindən narazılıq edib.
“turanın səsi ” in xəbərinə görə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev mətbuata açıqlamasında bu barədə danışıb:
Xoşbulaq yaylaqları uzun illərdir ki, təkcə daşkəsənli fermerlərin deyil, ölkənin bir neçə aran rayonundan olan fermerlərin də istifadəsində olub. Bu, sovetlərdən bu günə qədər belə olub.
Bu söz-söhbəti yaradanlar çox deyil. 2-3 nəfərdir. Onları isə kənddə hamı tanıyır. Torpaq satışı ilə məşğul olurlar. Təsəvvür edin ki, fermerlərin əllərində Əmlak Xidmətindən aldığı ÇIXARIŞ var. Ancaq əllərinə çomaq alıb camaatın qarşısını kəsirlər. Pul tələb edirlər. Başqa qanunsuz tələblər isrəli sürürlər”
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI