Zəngilanda yeni modul tipli buraxılış məntəqəsi tikiləcək
Zəngilan rayonunun Ağbənd qəsəbəsi ərazisində dövlət sərhədindən yeni modul tipli buraxılış məntəqəsinin tikinti və quraşdırma işlərinə başlanılır.
“turaninsesi.az ” xəbər verir ki, “Trend”in məlumatına görə, görüləcək işlər çərçivəsində ərazidə asfalt-beton örtüyü və abadlıq işləri də aparılacaq.
Belə ki, Dövlət Gömrük Komitəsi (DGK) artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
DGK sözügedən işlərin icrasını “Bilgə Qrup” QSC-yə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, QSC-yə 10,1 milyon manat ödənilib.
Arzu Paşaqızı