“Xarici ticarət dövriyyəmiz 2 dəfədən çox artıb” – Prezidentin köməkçisi
Gömrük prosedurlarının sadələşdirilməsi və bürokratik maneələrin aradan qaldırılması sayəsində yerli və xarici investorlar üçün daha əlverişli imkanlar yaradılıb. Son 5 ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 52 milyard dollara çatıb.
“turaninsesi.az” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bu gün keçirilən “Gömrük-Biznes Forumu 2024: Dialoq” tədbirində deyib.
O bildirib ki, nəqliyyat dəhlizləri Azərbaycanın tranzit imkanlarını artırıb və biznes subyektləri üçün əhəmiyyətli imkanlar yaradıb. Xüsusi ilə Orta Dəhliz vasitəsi ilə Çindən Avropaya daşınan yüklərin tranzit müddəti 8-10 günə qədər azalıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI