Tviter qaydaları pozan paylaşımları məhdudlaşdıracaq
Tviter sosial şəbəkəsi platformanın qaydalarını pozan yazıların görünməsini məhdudlaşdırmağa başlayacaq.
“Report” xəbər verir ki, bu barədə sosial şəbəkənin rəsmi bloqunda yerləşdirilən yazıda deyilir.
“Biz tezliklə qaydalarımızı pozan tvitlərə bayraq işarələri əlavə edərək, onların görünməsini məhdudlaşdırdığımızı sizə xəbər verəcəyik”, – məlumatda bildirilir.
Şəbəkə öz qərarını istifadəçilərin fikir və ideyalarını senzurasız ifadə etmək hüququnu qorumaq istəyi ilə izah edir.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 27-də İlon Mask sosial şəbəkəni almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. Şirkəti aldıqdan dərhal sonra o, burada ixtisarlar həyata keçirib. Mask dəfələrlə tviterdə sərt senzuraya qarşı olduğunu bildirib və hesabları bloklanan istifadəçilərin hüquqlarını bərpa edəcəyinə söz verib.