Türkiyə Türkmənistan qazının Azərbaycan vasitəsilə nəqli yollarını araşdırır
“Ankara Türkmənistandan təbii qazın Türkiyə vasitəsilə Avropaya nəqli üçün alternativləri araşdırır”.
“Turanın səsi ” xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Enerji və İqlim Forumunda bildirib.
Onun sözlərinə görə, Türkmənistan qazı uzun illərdir gündəmdə olan məsələdir: “Biz şəraitin yetişdiyi bir mərhələdəyik. Qazın çatdırılması üçün üç variant var. Bunlardan biri də türkmən qazının svop yolu ilə İran vasitəsilə Türkiyəyə ötürülməsidir.
Digər variant isə İran və Azərbaycan üzərindən mübadilə yolu ilə Türkiyəyə gəlməsidir. Alternativ olaraq, Türkmənistan qazı Xəzər dənizindən keçən boru kəməri vasitəsilə Türkiyəyə tədarük edilə bilər ki, bu da mahiyyət etibarilə daha uzunmüddətli, daha davamlı və daha böyük gücə malikdir”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI