Türkiyə banklarından ruslara qarşı İMTİNA

Türkiyə bankları ruslar üçün əməliyyatlar həyata keçirməkdən imtina etməyə başladılar. 

turaninsesi.az” xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb. 

Məlumatda bildirilir ki, rusiyalı idxalçılar həm yerli, həm də Avropa maliyyə qurumlarının təzyiqi altında olan türk bankları vasitəsilə ödənişləri həyata keçirərkən yenidən çətinliklərlə üzləşirlər.

“Emlak Katılım” kimi türk bankları tranzit ödənişləri üçün komissiyaları artırıb və əməliyyatlardan imtina etməyə başlayıblar. Bir çox rus şirkətləri tranzit ödənişlərinin 80%-ə qədərinə nəzarət edən bu bankla işləyir, lakin yüksək komissiyalar onun xidmətlərini yalnız böyük biznes üçün əlçatan edir”,-deyə məlumatda qeyd olunur. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir