Tehranda birgə komissiyanın iclası keçirilir

Tehranda Azərbaycan və İranın Birgə İqtisadi Komissiyasının 16-cı iclası keçirilir.

turaninsesi.az” Təsnim-ə istinadla xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Tərfe danışıb.

O bildirib ki, iclasın ilk günündə texniki və ekspert qrupları iki ölkə arasında iqtisadi sahədəki məsələləri müzakirə edəcək, habelə ticarət, mədəniyyət, nəqliyyat, turizm, enerji və digər iqtisadi sahələr üzrə müzakirələr aparılacaq:

“Birgə İqtisadi Komissiyasının həm sədrləri – Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin iştirakı ilə protokol imzalanacaq. Sözügedən sənəd iki ölkə arasında əlaqələrin inkişafı üçün çox faydalı olacaqdır”.

Ə.Tərfe təmaslarda İran və Azərbaycan arasında nəqliyyat sahəsində mühüm layihələrin də müzakirə olunacağını bildirib. O qeyd edib ki, infrastruktur sahəsində, o cümlədən Araz dəhlizi, Azərbaycanı Naxçıvandan birləşdirən layihə kimi dəmir yolu və avtomobil yollarını birləşdirən İran marşrutu araşdırılır və qiymətləndirilir, yeni körpülərin və sərhəd terminallarının tikintisi və istismarı müzakirə ediləcək.