Sosial şəbəkələrin fəaliyyətində nasazlıq yaranıb

Dünyanın bir sıra ölkələrində sosial şəbəkələrin fəaliyyətində problemlər müşahidə olunur.

Turanın səsi ” xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidmətinin səhifəsində bildirilib.

“Facebook”, “Instagram”, “Whatsapp”ın işindəki nasazlıqlardan ən çox ABŞ, Böyük Britaniya və Kanadada sosial şəbəkə istifadəçiləri şikayət edirlər.

Xidmətin məlumatına görə, “Instagram”da istifadəçilərin 19 %-i saytın fəaliyyətindəki nasazlıqdan, 62 %-i tətbiqdəki problemdən, daha 19 %-i isə öz hesablarına daxil ola bilmədiyindən şikayətlənib.

Öz növbəsində, “Facebook”da ən çox nasazlıq saytın fəaliyyətində qeydə alınıb – 82%, istifadəçilərin daha 10%-i proqramda, 8%-i isə serverə qoşulma zamanı çətinliklərlə üzləşib.

“WhatsApp” messencerində istifadəçilər ismarış göndərmə (63%) və tətbiqdəki (27%) problemlərdən şikayətlənirlər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir