SOCAR və “SAP SE” innovasiya və rəqəmsallaşma sahəsində əməkdaşlığı nəzərdən keçirir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “SAP SE” şirkəti arasında insan kapitalı, innovasiya və rəqəmsallaşma sahələrində mövcud və perspektiv əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Turanın səsi ” in SOCAR-a istinadən verdiyi məlumata görə, bu barədə bu gün SOCAR prezidenti Rövşən Nəcəf “SAP SE” şirkətinin Orta və Şərqi Avropa üzrə baş əməliyyat direktoru İqor Kurkov ilə görüşündə bildirilib.

Görüşdə SOCAR ilə “SAP SE” şirkəti arasındakı uzunmüddətli səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, ötən illər ərzində qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Bu xüsusda, beynəlxalq təcrübəyə uyğun olaraq, 2008-ci ildə SOCAR-da ilk dəfə biznes resurslarının idarə edilməsi sahəsində aparıcı proqram təminatı olan SAP ERP sisteminin, paralel olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqinə başlanıldığı qeyd edilib.

Bununla yanaşı, SOCAR-da 2015-ci ildən etibarən “İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiya layihəsi”nin həyata keçirildiyi, bu çərçivədə işə qəbul və adaptasiya, təlim və inkişaf, karyera yüksəlişi, işçilərin motivasiyası üzrə qabaqcıl təcrübələrin tətbiq edildiyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin rəqəmsallaşma və innovasiyanın SOCAR-ın uzunmüddətli korporativ strategiyasında prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi, müəssisələrdə rəqəmsal texnologiyaların tətbiqinə xüsusi önəm verildiyi bildirilib.

Görüş çərçivəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir