Sabiq deputata yeni vəzifə verildi

Prezident İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli sərəncamı ilə ləğv edilmiş “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin (ASK) Baş direktoru Kamran Nəbizadəyə yeni vəzifə verilib.

“turaninsesi.az” xəbər verir ki, o, “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Müşahidə Şurasının üzvü təyin olunub.

Xatırladaq ki, K.Nəbizadə ASK-ya 2017-2024-cü illərdə rəhbərlik edib. 

Qeyd edək ki, Kamran Nəbizadə Milli Məclisinin V çağırış deputatı olub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI