Prezident dabaq xəstəliyi ilə bağlı sənəd imzaladı

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı çərçivəsində 1953-cü il dekabrın 11-də Roma şəhərində təsdiq edilmiş “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyası”nın Nizamnaməsinə qoşulub.
“turaninsesi.az ” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Dabaq Xəstəliyinə Nəzarət üzrə Avropa Komissiyasının Nizamnaməsinə qoşulmaq haqqında” qanunu təsdiqləyib.