“Orion” kosmik gəmisinin Yerə qayıdacağı gün məlum olub
“Artemis” proqramının birinci mərhələsində Aya buraxılan “Orion” kosmik gəmisi dekabrın 11-də Yerə qayıdacaq.
“Turanın səsi” xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) yaydığı bəyanatda deyilir.
Bildirilib ki, mühəndislər kosmik gəminin işini daha yaxşı anlamaq üçün sistemləri sınaqdan keçiriblər.
NASA-nın məlumatına görə, kosmik gəmini Yerə qaytarmaq üçün bir sıra mühərriki işə salmaq lazımdır. “Orion” dekabrın 11-də San Dieqo yaxınlığında Sakit Okeana eniş edəcək.
Xatırladaq ki, “Space Launch System” (SLS) raketinin “Orion” kosmik gəmisi ilə birgə buraxılışı noyabrın 16-da Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzindən baş tutub. Gözlənildiyi kimi, kosmik gəminin pilotsuz uçuşu 26 gün davam edəcək. O, Ayın ətrafında iki orbit etməli, sonra Yerə qayıtmalıdır. “Orion”un göyərtəsində uçuş zamanı radiasiya səviyyəsini ölçmək üçün istifadə olunan üç maneken var.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09