Neftin qiyməti cüzi artıb

0

Ötən həftə ərzində 4 %-dək ucuzlaşan neft yeni həftəyə cüzi bahalaşma ilə başlayıb.

turanın səsi ” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin aprel fyuçersləri 0,47 % bahalaşaraq 83,39 ABŞ dollarına satılıb. “WTI” markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,42 % artaraq 1 bareli 76,87 ABŞ dolları təşkil edib.

ABŞ hakimiyyətinin strateji ehtiyatdan daha çox neft satmaq niyyəti, eləcə də ABŞ-da “qara qızıl”ın kommersiya ehtiyatlarının 16,3 milyon barel artması ilə bağlı məlumatlar ötən həftə ərzində neft qiymətlərinin 4 %-dək düşməsinə səbəb olub.

Hazırda əsas diqqətlər ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) yürüdəcəyi siyasətə yönəlib. FED mart ayında uçot dərəcəsini yenidən qaldıra bilər.

Xatırladaq ki, ötən il yüksək inflyasiya fonunda tənzimləyici uçot dərəcəsini dəfə artırıb ki, bu da həm resessiya risklərini artırıb, həm də neft tələbi ilə bağlı gözləntilərə də təsir edir.

⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir