Neft korreksiya çərçivəsində ucuzlaşıb
Ötən həftə əhəmiyyətli dərəcədə yüksələn neft qiymətlərində korreksiya çərçivəsində eniş qeydə alınıb.
“turanın səsi ” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,62 % ucuzlaşaraq 1 bareli 84,75 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,86 % düşüb və 1 bareli 79,42 ABŞ dolları təşkil edib.
Çində koronavirus məhdudiyyətlərinin yumşaldılmasından sonra “qara qızıl”a tələbatın artacağı ilə bağlı gözləntilər ötən həftə bu xammalın 8 %-dən çox bahalaşmasına səbəb olub.
Bu həftə isə investorların diqqəti Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) və Beynəlxalq Enerji Agentliyinin (BEA) açıqlayacağı hesabatlara yönələcək.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09