“Meta”nın gəliri 28,6 milyard dollar artıb
Amerikanın “Meta” korporasiyasının gəlirləri birinci rübdə illik müqayisədə 3% artıb.
“turanın səsi ” “CNBC” telekanalına istinadən xəbər verir ki, müvafiq məlumatlar korporasiyanın dərc etdiyi maliyyə hesabatlarında öz əksini tapıb.
Martın 31-də başa çatan üç aylıq dövr ərzində “Meta” 28,6 milyard dollar gəlir əldə edib.
Ötən ilin analoji dövründə korporasiyanın gəliri 27,9 milyard dollar olub, beləliklə, illik müqayisədə 3% artıb.
Şirkətin rübdə xalis mənfəəti 24% azalaraq, bir il əvvəlki 7,4 milyard dollarla müqayisədə 5,7 milyard dollar təşkil edib.
Bu ölçüdə şirkətin performansı daha böyük mənfəət azalmasını gözləyən analitiklərin gözləntilərini üstələyib.