İlham Mirzəliyev : “Azərbaycanda istilik müddətlərinin artırılması üçün optimal bir nöqtə çıxarılmalıdır”
“Azəristiliktəchizat” ASC ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi arasında istilik müddətlərinin artırılması barədə müzakirələr aparılır.
“Turanın səsi ” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qurumun 2022-2023-cü illər payız-qış mövsümündə həyata keçirilən tədbirlərinin icrası haqqında keçirdiyi mətbuat konfransında deyib.
O, bildirib ki, bu məsələdə dərhal qərar qəbul etmək doğru olmaz:
“Biz müddətlərə yenidən baxılmasını mümkün hesab etmişik və hazırda bu məsələ müzakirə edilir. İstilik mövsümünün uzadılması böyük resurslardan istifadə deməkdir. Bunun üçün son 30 ilin temperatur rejimi təhlil edilməli, optimal bir nöqtə çıxarılmalıdır. Konkret olaraq müddətin 10, 15 və ya 20 gün olmasını demək düzgün olmaz.
Mənim uyğun hesab etdiyim mexanizm budur ki, bu müddət günlə hesablanmalı deyil, xarici havanın temperaturundan asılı olaraq tənzimlənməlidir. Bu, noyabrın 5-i də ola bilər, 15-i də”.
Hazırda istilik mövsümü dağ rayonlarında 1 noyabr, Bakı şəhəri və digər rayonlarda 15 noyabr tarixindən başlayır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI