Ələkbərovun sərvəti 9 sıfırla artıb – Milyarderlər İndeksi
Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2023-cü ildə 50,012 milyard dollar artıb.
“Turanın səsi ” in əldə etdiyi məlumata görə , Milyarderlər İndeksinə əsasən, ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 9,29 milyard dollar qazanıb, sərvəti 24,7 milyard dollara yüksəlib.
❗”Eurochem”in və Sibir Kömür Enerji Şirkətinin həmtəsisçisi Andrey Melniçenkonun sərvəti 5,67 milyard dollar artaraq 17,2 milyard dollara çatıb.
❗Eyni zamanda, Novolipetsk dəmir-polad zavodunun direktorlar şurasının sədri Vladimir Lisin 4,08 milyard dollar qazanıb, sərvəti 23,9 milyard dollardır.
❗Acron-un əsas səhmdarı Vyaçeslav Kantor ən böyük itkiyə məruz qalıb, onun sərvəti 0,149 milyard dollar azalaraq 6,21 milyard dollara düşüb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI