Deputat: “İranla ticarətdə növbəti artımları müşahidə edəcəyik”

“İran-Azərbaycan arasındakı ticarət dövriyyəsində son illər artım müşahidə olunur. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 38% artıb. Rusiya, Çin və Türkiyə ilə müqayisədə İranla ticarət dövriyyəmiz kiçikdir. Təbii ki, trend bundan xəbər verir ki, artım dinamikası var. Hətta son beş ildə də İran-Azərbaycan arasındakı ticarət dövriyyəsinin bir neçə dəfə artmasını müşahidə edirik. Potensial böyükdür, lakin tam olaraq istifadə olunmur”.
“turaninsesi.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, potensialdan daha geniş istifadə vacib məqamlardandır: “Sözsüz ki, bununla yanaşı imkanlar mövcuddur. İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri zamanı da həm infrastruktur layihələrində iştirak, həm nəqliyyat-loqistikada əməkdaşlıq və digər istiqamətlərdə potensial imkanlar müzakirə olundu, qiymətləndirildi. Güman olunur ki, Azərbaycan və İran arasında ticarət dövriyyəsində gələcəkdə növbəti artımları müşahidə edəcəyik. Bu isə xüsusən nəqliyyat-loqistika sahəsində daha sıx əməkdaşlığa imkanlar açacaq”
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI