Çinin Azərbaycan üzərindən daşıdığı yüklərin artırılması müzakirə olunub
Azərbaycan və Çin Orta Dəhlizlə (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) Azərbaycan üzərindən daşınan Çinə məxsus yüklərin həcminin artırılmasına dair fikir mübadiləsi aparıb.
“Turanın səsi ” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Tviter” hesabında bildirib.
Onun sözlərinə görə, sözügedən məsələ dünyanın ən böyük liman operatorlarından biri olan “Shandong Port Group”un ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdə müzakirə olunub.