Cəmaləddin Quliyev: “Azərbaycanda insan kapitalının inkişafı koordinasiyalı şəkildə aparılmalıdır”

Əvvəllər dünyada gedən tendensiyalar və qloballaşma ÜDM-in ölçüsü ilə hesablanırdısa, hazırda insan kapitalının inkişafı ilə ölçülür.

Turanın səsi ” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev Bakıda keçirilən “Global HR Summit 2023” tədbirində deyib.

O qeyd edib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra insan kapitalının inkişafı üçün əməli addımlar atıb.

C. Quliyevin sözlərinə görə, insan resurslarının inkişaf etdirilməsi üçün müstəqilliyimizin ilk illərində neft gəlirlərinin idarə olunması üzrə strategiya qəbul edilib:

“Qara qızıl”ın insan qızılına çevrilməsi üçün həmin strategiyada mühüm tədbirlər öz əksini tapıb. Qarşıdan gələn dördüncü və beşinci sənaye inqilablarında da, işəgötürənlərin işçiləri düzgün vəzifəyə götürməsi, insan kapitalının inkişaf etdirilməsi və əmək bazarındakı iştirakçılara təqdim olunması koordinasiyalı şəkildə həyata keçirilməlidir.

Bu gələcəkdə həmin ölkənin inkişafını müəyyən edəcək. Məhz insanların kadr potensialının düzgün yerləşdirilməsi ilə növbəti dövrdə bizim inkişafımız öz həllini tapacaq və bütün dünyada inkişaf etmiş ölkələrin müasir standartlarına uyğun olacaq”.

“Azərbaycan HR İnstitutun”un direktoru Emil Hüseynov bildirib ki, dünyada insan resursları üzrə tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiya və texnologiyalarının inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılması hədəflənir.

O qeyd edib ki, “Global HR Summit 2023” tədbiri Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində növbəti 10 il ərzində reallaşdırılması planlaşdırılan 5 milli prioritetdən 3-cüsü olan “Rəqabətli insan kapitalı və Müasir innovasiyalar” prioritetini əsas alır:

Qeyd edək ki, “Azərbaycan HR İnstitutu”nun təşkilatçılığı ilə 5 qitə, 50 ölkə və 700+ HR liderlərinin iştirakı ilə ölkəmizdə ilk dəfə “Global HR Summit 2023” tədbiri keçirilir. BMT-nin 2016–2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərindən 8-cisi “Layiqli Əmək və İqtisadi İnkişaf” Bakıda keçirilən qlobal HR Zirvə toplantısının əsas sloqanıdır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir