“Bank of America”: “ABŞ mülayim tənəzzüllə üzləşəcək”

“Bank of America” ABŞ-ın bu ilin üçüncü və dördüncü rübündə, eləcə də gələn ilin birinci rübündə mülayim tənəzzüllə üzləşəcəyini proqnozlaşdırır.

turanın səsi ” xəbər verir ki, bu barədə bankın rəhbəri Brayan Moynihan “CBS” televiziyasına müsahibəsində bildirib.

“Keçən ilin sonunda biz bu il resessiya olacağını proqnozlaşdırırdıq. İndi proqnozlarımızı sonrakı tarixə təxirə salmışıq. Əslində bu, cari ilin üçüncü və dördüncü rübündə, eləcə də gələn ilin birinci rübündə mülayim tənəzzüldür. İşsizlik 4%-ə yüksələcək – tarixi standartlara görə hələ də çox aşağıdır. Bu da bizim əsas proqnozumuzdur”-deyə, o bildirib.

Mayın əvvəlində ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauel bildirib ki, ölkədə mülayim resessiya ehtimalı istisna edilmir, lakin bunun qarşısını almaq şansları yüksəkdir.

Bundan əvvəl tənzimləyici vurğulayıb ki, bank böhranının nəticələrinin bu il ABŞ iqtisadiyyatında tənəzzülə səbəb ola biləcəyi ehtimalı var.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir