“Bakı KOB evi”ndə mediasiya xidmətinin göstərilməsinə başlanılıb

0

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin bu günlərdə fəaliyyətə başlamış “Bakı KOB evi”ndə sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan mübahisələrin məhkəməyə getmədən həlli məqsədilə iş adamlarına mediasiya xidməti də göstərilir.

Bu barədə “turanın səsi ” nə Agentlikdən bildirilib.

Məlumata görə, Medasiya Şurasının göstərdiyi xidmətin məqsədi iş adamlarının kommersiya mübahisələrinin həlli üçün mediasiya xidmətlərinə əlçatanlığını və bu sahədə operativliyi təmin etməkdir. Mediasiya xidmətinin iş rejimi həftə içi 5 gün olmaqla, saat 09.00-dan 18.00-a qədərdir.

İş adamları kommersiya mübahisələri ilə bağlı “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediasiya məkanına müraciət edə bilərlər.

Bu gün Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Bakıda fəaliyyət göstərən mediasiya təşkilatlarının rəhbərləri və mediatorlar “Bakı KOB evi”ndə sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar. “Bakı KOB evi”nin rəhbərliyi sahibkarlara göstərilən “G2B” və “B2B” xidmətlər, eləcə də təlim, startap və mediasiya məkanları barədə ətraflı məlumat verib, qeyd edib ki, sahibkarlara mediasiya xidmətlərinin göstərilməsində KOBİA Mediasiya Şurasına lazımi dəstək göstərəcək.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir