BƏƏ düyü ixracına müvəqqəti qadağa qoyub

0

Birləşmiş Ərəb Əmirlikləri daxili bazarda tədarükün lazımi səviyyədə olmasını təmin etmək üçün cümə günündən etibarən düyü ixracına və təkrar ixracına müvəqqəti qadağa qoyur.

Turanın səsi ” xəbər verir ki, müvafiq qərar ölkənin iqtisadiyyat naziri Abdullah bin Tuk əl-Mari imzalayıb.

Məhdudiyyət dörd ay müddətinə tətbiq edilib. Bildirilib ki, qərarın ləğvi ilə bağlı müvafiq göstəriş olmasa, onun müddəti avtomatik olaraq uzadıla bilər. Qadağa, xüsusilə, iyulun 20-dən sonra BƏƏ-yə idxal edilən Hindistan düyülərinin təkrar ixracına şamil edilir.

Qeyd edək ki , dünyada düyü ixracının 40%-ni təşkil edən Hindistanın hakimiyyət orqanları da “Basmati” istisna olmaqla, bu məhsulun təmizlənmiş sortlarının ixracına qadağa qoyub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir