AZAL rəhbərliyində dəyişiklik: Təyinat səlahiyyəti Prezidentə verildi
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinə cari rəhbərliyi 7 (yeddi) üzvdən – sədr və onun 6 (altı) müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.
“turaninsesi.az ”ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Cəmiyyətin İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə edilib.
Arzu Paşaqızı