“Azərkosmos” Cənubi Qafqaz Boru Kəmərini peyk interneti ilə təmin edib

0

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Azərbaycan hissəsində yerləşən strateji əhəmiyyətli Ərsin Buraxma Stansiyası zəruri peyk interneti rabitəsi ilə təmin olunub.

Turanın səsi” “SOCAR Midstream Operations” şirkətinə istinadən verdiyi məlumata görə, bununla bağlı “SOCAR Midstream Operations” ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik (“Azərkosmos”) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Stansiya ənənəvi rabitə vasitələrinin əhatə dairəsi xaricində yerləşir. Peyk internetindən istifadə ucqar ərazilərlə əlaqəni gücləndirməklə CQBK-nın texniki operatorluğunun keyfiyyətini daha da yaxşılaşdırıb.

İnternet xidmətləri “Azerspace-1” peykinin “Azconnexus” platforması vasitəsilə göstərilir.

Xatırladaq ki, “Azconnexus” platforması “Azərkosmos”un operatoru olduğu “Azerspace-1” telekommunikasiya peyki üzərindən fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli internet xidməti təqdim edir. Bu platforma istifadəçilərə peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik növlərindən faydalanmağa imkan verir.

Qeyd edək ki, SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” şirkəti CQBK-nın kommersiya və texniki operatorudur. CQBK-nın səhmdarları: BP (29,99 %), SOCAR (14,35 %), “Cənub Qaz Dəhlizi” QSC (6,67 %), “Lukoil” (19,99 %), TPAO (19 %) və NICO (10 %).

CQBK dünya səviyyəli boru kəməridir və 2006-cı ildən etibarən təhlükəsiz, etibarlı və səmərəli şəkildə fəaliyyət göstərməklə Azərbaycan, Gürcüstan və Türkiyənin regional bazarlarına qaz nəql edir. CQBK Türkiyəyə (ildə 6 milyard kubmetr) və Avropaya (ildə 10 milyard kubmetr) “Şahdəniz-2” layihəsi çərçivəsində qaz həcmlərinin ixracı məqsədilə əlavə olaraq genişləndirilib. Genişləndirilmiş boru kəməri ilə 2018-ci ilin iyun ayında Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlanılıb.

2020-ci ilin dekabr ayında ilk dəfə olaraq CQBK vasitəsilə “Şahdəniz-2” qazının Avropaya ixracına başlanılıb. CQBK ixrac sistemi Azərbaycanda 443 km, Gürcüstanda 248 km boru kəmərindən ibarətdir. Sistemə həmçinin Azərbaycanda iki kompressor stansiyası, Gürcüstanda iki kompressor stansiyası və iki nəzarət-ölçü qovşağı daxildir.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir