“Azəristiliktəchizat” istilik haqlarının ödəniş səviyyəsini açıqlayıb

0

2022-ci il üzrə “Azəristiliktəchizat” ASC-yə istilik haqlarının ödəniş səviyyəsi 94,7 % olub.

Turanın səsi ” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qurumun 2022-2023-cü illər payız-qış mövsümündə həyata keçirilən tədbirlərinin icrası haqqında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, noyabrın 15-dən aprelin 1-dək əhali istehlakçı qrupu üzrə ödəniş səviyyəsi 65,2 % təşkil edib: “Təəssüf ki, bəzi yaşayış binalarında ödəniş səviyyəsi ürəkaçan səviyyədə olmayıb. Bunlar Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 9 – 27,7 %, Yasamal rayonu, Parlament pr.4 – 26 %, Yasamal rayonu, Parlament pr.6 – 19 %, Yasamal rayonu, Mirzəfətəli küçəsi 152 – 25,5 %, Yasamal rayonu, M.Xiyabani 8A – 15 %, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 6 – 24 %, Nərimanov rayonu, F.Xoyski küçəsi 110- 27,3 %, Xətai rayonu, M. Hadi küçəsi 23 saylı bina – 27,51 %, Xətai rayonu, R. Məmmədov küçəsi 26 saylı bina – 17,1 %, Binəqədi rayonu, Azadlıq prospekti 32/96 saylı bina – 13,4 %, Suraxanı rayonu, Hafiz Quliyev küçəsi 22 saylı bina – 14 %, Suraxanı rayonu, Zaur Şərifov küçəsi 24 saylı bina – 17,4 %, Səbail rayonu, S. İbrahimxəlilov küçəsi 4a saylı binadır – 23 %”.

İ. Mirzəliyev vurğulayıb ki, əsas çətinliklərdən biri keçmiş qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istilik haqlarının ödənişi ilə bağlıdır: “Görülən işlər nəticəsində son mövsüm ərzində onların ödəniş dinamikasında müsbət tendensiya qeydə (52,9 %) alınmasına baxmayaraq əvvəlki illərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6 milyon 652,4 min manat ödənilməmiş borc məbləği mövcuddur”.

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir