“Azəriqaz” daha 4 rayonda “Açıq mikrofon” aksiyası keçirəcək
Gələn həftə (22.05.2023 və 24-26.05.2023 tarixlərində, saat 11:00-dan 12:00-a qədər) Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi daha 4 rayonda “Açıq mikrofon” aksiyası keçiləcək.
“Turanın səsi ” “Azəriqaz”a istinadən xəbər verir ki, aksiya həftənin 1-ci günü Qəbələ rayonunda (Zərifə Əliyeva Parkı), 3-cü günü Şəki rayonunda (Əliyar kəndi), 4-cü günü Balakən rayonunda (Heydər Əliyev Mərkəzi), 5-ci günü isə Zaqatala rayonunda (Mədəniyyət Evi) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.