Azərbaycanla Qətər bərpa olunan enerji sahəsində əməkdaşlığı genişləndirir
Azərbaycanla Qətər bərpa olunan enerji sahəsində əməkdaşlığı genişləndirir.
“Turanın səs” xəbər verir ki, bununla bağlı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər İnvestisiya Qurumunun Baş icraçı direktoru Mansur bin Ebrahim Al-Mahmud arasında keçirilən görüşdə müzakirələr aparılıb.
Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi, Azərbaycan İnvestisiya Holdinqi ilə birgə sərmayələrin təşviqi barədə danışılıb.