Azərbaycanın ABŞ ilə ticarəti – 800 milyon dollara çatıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsi 799,5 milyon dollar təşkil edib.
“turaninsesi.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% çoxdur.
Hesabat dövründə Azərbaycandan ABŞ-yə ixrac 45,2 milyon dollar təşkil edib. Azərbaycanın ABŞ-dən idxalının dəyəri isə 754,3 milyon dollar olub.