Azərbaycanda rəqəmsal gömrük yaradılacaq
“Dövlət Gömrük Komitəsinin hədəflərindən biri rəqəmsal gömrüyün yaradılmasıdır”.
“Turanın səsi” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Komitə sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.
“İKT infrastrukturunun yenilənməsi üçün investisiya qoyulmalıdır. Bunu hökumətdən xahiş etmişəm. Çünki bütün məlumatlar sistemdədir və təhlükəsizlik zəif olduğu təqdirdə, sabah kiberhücumlar fəsadlar yarada bilər”, – deyə o qeyd edib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09