Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 % artıb
Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 35 milyard 553,1 milyon manatlıq məhsul satılmış, xidmət subyektləri tərəfindən 6 milyard 416,3 milyon manatlıq ödənişli xidmət göstərilib.
“Turanın səsi” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 2,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 7,8 % artıb.
Ticarət şəbəkəsində 20 milyard 014,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 539 milyon manatlıq qeyri-ərzaq məhsulları satılıb.