Azərbaycanda alkoqollu içkilər və siqaretlərlə bağlı YENİ QAYDA – Oktyabrın 1-dən…

0

Oktyabrın 1-dən Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı yarana biləcək gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə Gömrük Məcəlləsinin 258.1.4 –cü maddəsinə əsasən təminat üsulu olaraq depozitin tətbiqinə başlanacaq.

turaninsesi.az” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, təminatın məbləği tranzit daşımasını həyata keçirən hər nəqliyyat vasitəsinə münasibətdə minimum 200 000 ABŞ dolları ekvivalentində müəyyən edilib. Gömrük bəyannaməsi təsdiq edildiyi gün vəsaitin Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manat ifadəsində banka depozit şəklində qoyulmasına dair təsdiqedici sənəd gömrük orqanına təqdim olunmalıdır.

Tranzit daşımaları zamanı təminat tələb olunan alkoqollu içkilərin və tütün məmulatlarının XİF MN kodları ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir