Azərbaycanda 100 domen bloklanıb – İllik hesabat

Ötən il Azərbaycanda dövlət qurumlarının adına bənzər 100 saxta domen bloklanıb.

turaninsesi.az” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

2024-cü ildə Azərbaycanda 64 yeni domen dövlət qurumlarının istifadəsinə verilib. 

Xatırladaq ki, 2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb. Hesabat dövründə 186 saxta domen aşkarlanaraq bloklanıb.