Azərbaycan və Səudiyyə Ərəbistanı biznes əlaqələrini genişləndirmək istəyir

0

Azərbaycan və Səudiyyə Ərəbistanı iki ölkənin biznes dairələri arasında əlaqələrin genişləndirilməsində maraqlıdır.

Turanın səsi ” İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bu məsələ qurumun İdarə Heyətinin sədri Orxan Məmmədovun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bu ölkənin Kiçik və Orta Sahibkarlıq üzrə Baş İdarəsinin (MONSHAAT) rəhbəri Sami İbrahim Əlhüseyni ilə görüşündə müzakirə olunub.

Tərəflər iki ölkənin KOB-larının əməkdaşlığının genişləndirilməsi imkanlarını nəzərdən keçirib, ticarət əlaqələrinin inkişafında KOB subyektlərinin roluna, Azərbaycana investisiya qoyuluşuna və bu sahədə KOBİA-nın xarici iş adamlarına göstərdiyi dəstəyə dair fikir mübadiləsi aparıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir