Azərbaycan-Türkiyə sərhəd-buraxılış məntəqələrində nəqliyyatın keçidi sürətlənəcək
Azərbaycan və Türkiyə arasında sərhəd-buraxılış məntəqələrində nəqliyyat vasitələrinin sürətli keçidi təmin olunacaq.
“Turanın səsi ” in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Gömrük Komitəsi sədrinin müavini Bəhruz Quliyev və Türkiyənin Dilucu Gömrük Müdirliyinin müdir vəkili Erdan Esenin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə bildirilib.
Görüşdə bu istiqamətdə imkanların artırılması məsələləri müzakirə edilib.
Qeyd olunub ki, hər iki ölkənin gömrükçüləri arasında keçirilən görüş əməkdaşlığın daha da dərinləşməsinə və əlaqələrin genişlənməsinə öz töhfəsini verəcək.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09