Azərbaycan Suriyanı qazla təmin edəcək

Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək.
“turaninsesi.az” xəbər verir ki, bu barədə bu gün Prezidenti İlham Əliyevin Suriyanın keçid dövrü prezidenti Əhməd Əl-Şaraa ilə geniş tərkibdə görüşündə bildirilib.
Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi qeyd olunub. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi bildirilib. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI