Azərbaycan neftinin qiyməti 85 dolları ötüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,74 ABŞ dolları, yaxud 3,32 % artaraq 85,34 ABŞ dolları təşkil edib.
“turanın səsi “xəbər verir ki , bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərraclarda “Brent” markalı neftin aprel fyuçersləri 83,69 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
⤵️
” TURANIN SƏSI “_ ARZU PAŞAQIZI