Azərbaycan əhalinin orta gəlirliliyinin artım tempinə görə ilk onluğa düşüb
Azərbaycan illik gəlirləri 25 min ABŞ dollarından yuxarı olan ev təsərrüfatlarının ən çox artım tempı gözlənilən Orta və Şərqi Avropa ölkələri (CEE) sırasında beşinci yerdə qərarlaşıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Fitch Solutions” beynəlxalq reytinq agentliyinin hesabatında deyilir. Belə ki, Azərbaycanda gəliri 25 min ABŞ dollarından çox olan ev təsərrüfatları 2028-ci ilədək 24,4 % artaraq 695 min 269 olacaq. Həmçinin 2028-ci ilədək gəliri 25 min ABŞ dollarından çox olan ev təsərrüfatlarının onların ümumi sayının 31,7 %-ni təşkil edəcək.
Bildirilib ki, Orta və Şərqi Avropa bazarlarının iqtisadi genişlənməsi və rifah səviyyəsi hədəflənən turizm bazarının böyüməsinə gətirib çıxaracaq. Regiondakı bazarlar otel qrupları və turizm şirkətləri üçün marketinq və aviasiya əlaqəsi baxımından cəlbedici olacaq. Bu, 2023-2027-ci illərdə ölkələrin gəlirlərinin artmasına təsir edəcək və orta gəlirliyi ən çox artan ölkələrdə turizm bazarı da böyüyəcək, “Fitch Solutions”un analitikləri vurğulayır.
İlk onluqda birinci yerdə qərarlaşan Polşada gəliri 25 min ABŞ dollarından çox olan ev təsərrüfatları 2028-ci ilədək 44,6 % artaraq 8 milyon 267 min 683-ə çatacaq. Onların xüsusi çəkisi 57,9 %-ə artacaq.
İkinci yerdə mövqe tutan Sloveniyada gəliri 25 min ABŞ dollarından çox olan ev təsərrüfatları 2028-ci ilədək 41,7 % artaraq 624 min 530 (ümumi sayının 70,5 %-i) təşkil edəcək.
Üçüncü yerin sahibi Çexiyada gəliri 25 min ABŞ dollarından çox olan ev təsərrüfatları bu dövrdə 38,7 % artaraq 3 milyon 230 min 981-ə (70,7 %) çatacaq.
Dördüncü yerdə qərarlaşan Portuqaliyada gəliri 25 min ABŞ dollarından çox olan ev təsərrüfatları 6 ildə 24,6 % artaraq 2 milyon 580 min 544 (67,9 %) olacaq.
Altıncı sıradakı Yunanıstanda gəliri 25 min ABŞ dollarından çox olan ev təsərrüfatları 2028-ci ilədək 23,7 % artaraq 1 milyon 823 min 446 (46,8 %) olacaq.
Yeddinci yerdə mövqe tutan Rumıniyada gəliri 25 min ABŞ dollarından çox olan ev təsərrüfatları 23,3 % artaraq 3 milyon 450 min 314 (38,6 %) olacaq.
Səkkizinci pillənin sahibi Estoniyada gəliri 25 min ABŞ dollarından çox olan ev təsərrüfatları 2028-ci ilədək 21,8 % artaraq 238 min 17 (34,6 %) olacaq.
Doqquzuncu yerdə qərarlaşan Tayvanda gəliri 25 min ABŞ dollarından çox olan ev təsərrüfatları 6 ildə 18,6 % artaraq 7 milyon 563 min 395 (xüsusi çəkisi 91,3 %) olacaq.
Onuncu yerin sahibi Çilidə isə gəliri 25 min ABŞ dollarından çox olan ev təsərrüfatları 2028-ci ilədək 16,6 % artaraq 2 milyon 538 min 765 (ümumi sayının 42,6 %-i) olacaq.