Avstraliya “TikTok”u bütün dövlət qurğularında yasaqlayacaq

0

Avstraliya “TikTok” tətbiqini bütün dövlət qurğularında yasaqlayacaq.

Turanın səsi ” ölkənin “ABC” telekanalına istinadən xəbər verir ki, bu, Baş prokuror Mark Dreyfusun bəyanatında əks olunub.

“Kəşfiyyat və təhlükəsizlik orqanlarından tövsiyələr aldıqdan sonra mən bu gün Baş Prokurorluğun katibinə müdafiə və təhlükəsizlik siyasəti sisteminə uyğun olaraq “TikTok” tətbiqini Birlik ölkələrinin nazirlikləri və idarələri tərəfindən buraxılan qurğularda yasaqlanması ilə bağlı məcburi sərəncam verməyə səlahiyyətli etdim”, – bəyanatda bildirilib.

Qeyd olunub ki, qadağa “praktiki olaraq mümkün olan kimi” qüvvəyə minəcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir