“Apple” istehsalının bir hissəsini Çindən kənara köçürmək planlarını sürətləndirib
“Apple” şirkəti son həftələrdə istehsalının bir hissəsini Çindən kənara daşımaq planlarını sürətləndirib. “Turanın səsi ” xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Şirkət tədarükçülərdən məhsullarının digər Asiya ölkələrində, xüsusən də Hindistan və Vyetnamda yığılmasını planlaşdırmaqda daha fəal olmalarını xahiş edib və həmçinin “Foxconn Technology Group”un rəhbərlik etdiyi Tayvanlı montajçılardan asılılığı azaltmağa çalışır.
Müzakirələrdə iştirak edən şəxslərin sözlərinə görə, son həftələrdə Apple istehsalının bir hissəsini Çindən kənara çıxarmaq planlarını sürətləndirib.
Nəşr iddia edir ki, Çjençjou şəhərindəki “iPhone” fabrikindəki iğtişaşlar şirkətin bu qərarına səbəb olub.
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09