AİB Azərbaycanın inflyasiya proqnozunu kəskin azaldıb
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın inflyasiya proqnozunu kəskin azaldıb.
“turaninsesi.az” bu barədə Bankın “Asiyanın İnkişaf Perspektivləri” hesabatının sentyabr sayına istinadən xəbər verir.
AİB Azərbaycanda orta illik inflyasiya tempi üzrə proqnozunu 2024-cü il üçün 5,5%-dən 2,1 %-ə, 2025-ci il üçün isə 6,5%-dən 3,8 %-ə endirib. Bu isə Bankın aprel proqnozunu ilə müqayisədə müvafiq olaraq 3,4% və 2,7% bəndi azdır.