2-ci Xəzər Su İnnovasiya Forumu elan edildi!
Mayın 30-da “Baku Marriott Hotel Boulevard”da 2-ci Xəzər Su İnnovasiya Forumu (“Caspian Water İnnovation Forum”) keçiriləcək.
Bugünkü dövrdə ölkəmizdə su təchizatı, su tullantılarının emalı, sudan qənaətli istifadə edən texnologiyaların ölkəyə cəlb olunması, su ehtiyatlarının və ətraf mühitin qorunub saxlanması kimi məsələlərin aktuallığı gündən günə artmaqdadır.
Xəzər Su İnnovasiya Forumu bu sahədə aparılan islahatların və dövlət siyasətinin dəstəklənməsi, eləcə də mövcud problemlərin müzakirəsi və həlli yollarının müəyyən edilməsi məqsədilə hər il ənənəvi olaraq “Aqualink” MMC, “Nijhuis Saur Industries” (Niderland), “A. O. Smith” (ABŞ), “ARC water technologies” (Türkiyə) şirkətlərinin, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, İqtisadiyyat nazirliklərinin dəstəyi ilə keçirilir.
Tədbir sudan səmərəli istifadə, bu sahədə optimal həll yolları və mütərəqqi texnologiyalardan istifadə, çirkab (tullantı) suların idarəedilməsi, təkrar emalı və ətraf mühitə təsirləri, suyun keyfiyyətinin idarə edilməsi, ölçü və nəzarət texnologiyaları mövzularına həsr edilib.
“Gələcək üçün su” (“Water for future”) konsept mesajı ilə bu il keçiriləcək 2-ci Forumun əsas hədəfi regionda su təsərrüfatlarının idarə edilməsi, tullantı suların təkrar emalı, ekoloji sistemə təsirlərin müəyyən edilməsində yeni dünya təcrübəsinin mübadiləsi və qabaqcıl texnologiyaların nümayişi məqsədilə dövlət və özəl sektorunu bir araya gətirən müzakirə və əməkdaşlıq platformasının yaradılmasıdır.
Forumda müvafiq sahələr üzrə İsrail, Türkiyə, Yaponiya, Niderland Krallığı, Almaniya, Belçika, Ukrayna, Qazaxıstan, Rusiya Federasiyası və digər ölkələrin aparıcı şirkətlərinin və tanınmış mütəxəssislərinin, o cümlədən 500-dən çox şirkət nümayəndələrinin, dövlət və özəl sektorunda çalışan mütəxəssislərin iştirakı gözlənilir.
Forum bu sahədə fəaliyyət göstərən dövlət qurumları, özəl şirkətləri, beynəlxalq təşkilatları, elmi tədqiqat müəssisələrini yeniliklər və innovativ həllərlə yaxından tanış edəcək, təcrübə mübadiləsini təmin edəcək, təlim və əməkdaşlıq platforması vasitəsilə yerli mütəxəssis və sahibkarlara dəstək olacaq, sudan qənaətlə istifadə, təbii ehtiyatların qorunması və ətraf mühitə neqativ təzyiqlərin azaldılması sahəsində ixtisaslaşmış müzakirələrin aparılmasını təmin edəcəkdir.
Forum ölkəmizdə sudan səmərəli istifadəni təşviq etmək, çirkab (tullantı) suların təkrar emalı vasitəsi ilə ətraf mühitə olan mənfi təzyiqlərin (footprint) azaldılması, bu sahədə olan effektiv və mütərəqqi texnologiyaların öyrənilməsi, tətbiqi, o cümlədən dövlət və özəl sektorun sıx əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində müzakirə mühitinin yaradılmasına fokuslaşacaq.
Peşəkar moderator və spiker qismində yerli və dünyanın aparıcı şirkətlərinin mütəxəssisləri “Su ehtiyatlarının və təsərrüfatlarının idarə edilməsi”, “Tullantı su sistemlərinin idarə edilməsi və təkrar emalı”, “İnnovasiya və səmərəli həllər” panelləri üzrə müxtəlif mövzuları müzakirə edəcəklər.
Həmçinin Forum zamanı şirkətlərin öz məhsul və xidmətlərini sərgiləməsi üçün şərait yaradılacaq, tədbir iştirakçıları üçün fərqli aktivliklər təşkil ediləcək.
Tədbirdə ilk dəfə ölkəmizdə sudan qənaətlə istifadə edən, su təsərrüfatının idarə edilməsində səmərəli və innovativ texnologiyalara keçid edən, sənayedə tullantı suları idarəedən və təkrar emal edən müəssisələrin mükafatlandırılması məqsədilə “GREEN BUSİNESS AVVARD” mükafatı təsis edilib. Mükafat öncədən müəyyən edilmiş meyarlar üzrə seçilmiş şirkətlərə tədbir günü təşkil ediləcək “GALA” konsertdə təqdim ediləcək. Mükafatlandırmada iştirak etmək üçün (https://wif.az/) ünvanında qeydiyyatdan keçən şirkətlər qiymətləndirməyə alınacaq.
Xəzər Su İnnovasiya Forumuna iştirak etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (https://wif.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/profile.php?id
İnstaqram: https://www.instagram.com/waterinnovationforumbaku/
Linkedln: https://www.linkedin.com/company/wif-baku/
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI